"Paşinyan xalqın adından manipulyasiya etməyə çalışdı"- Erməni millət vəkili

   "Paşinyan xalqın adından manipulyasiya etməyə çalışdı"-    Erməni millət vəkili
  15 Dekabr 2020    Oxunub:2511
"Çiçəklənən Ermənistan" müxalifət fraksiyasından olan millət vəkili Naira Zohrabyan Baş nazir Nikol Paşinyanın xalqın təqdim etdiyi humanitar dəhlizdən istifadə etmək istəmədiyini bildirib.
Azvision.az Sputnik Ermənistan-a istinadən bildirir ki, erməni millət vəkili sabah belə bir dəhlizin olmayacağını vurğulayıb.

"Bu gün yenə də xalqın adından manipulyasiya etməyə çalışdı. Paşinyan üçün xalq onun saxtakarlıq mənbəyidir". Deputatın sözlərinə görə, Paşinyan tarixdə bütün siyasi və əxlaqi aksiomları pozan şəxs kimi qalmaq istəyir.

Azvision.az



Teqlər: Paşinyan  





Xəbər lenti