"Nikol vətən xainidir"- Ermənistanda Paşinyana qarşı etiraz

   "Nikol vətən xainidir"-    Ermənistanda Paşinyana qarşı etiraz
  15 Dekabr 2020    Oxunub:3181
Yerevanda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən mitinqlər və yürüşlər davam edir.

Azvision.az Sputnik Ermənistan-a istinadən xəbər verir ki, növbəti aksiya iştirakçıları Arabkir inzibati bölgəsindəki Praqa meydanından başlayaraq paytaxtın mərkəzinə doğru irəliləyiblər. Etiraz yürüşləri paytaxtda nəqliyyatın iflic olmasına səbəb olub.
İştirakçılar "Nikol vətən xainidir", "Nikolsuz Ermənistan" şüarlarını səsləndirirlər. Aktivistlər millət vəkillərini onlara qoşulmağa çağırıblar. Təşkilatçılar Paşinyan özü istefa etməsə, onu buna məcbur edəcəklərini deyiblər.


Azvision.az



Teqlər: Paşinyan   Ermənistan  





Xəbər lenti