Erməni əsirlərin ilk qrupu bu gün Ermənistana qaytarılacaq

 Erməni əsirlərin ilk qrupu bu gün Ermənistana qaytarılacaq
  14 Dekabr 2020    Oxunub:1342
Erməni əsirlərin ilk qrupu bu gün Ermənistana qaytarılacaq.
Azvision.az xəbər verir ki, bu barədə Sputnik Ermənistana Baş Nazirin mətbuat katibi Mane Gevorkyan məlumat verib. O, ilk əsir qrupunun geri göndərilməsinin gözlənildiyini bildirib və digər detalları açıqlamayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub və cari il dekabrın 14-dən əsir və girovların qarşılıqlı qaytarılmasına başlanılıb.

Günorta saatlarında Azərbaycan vətəndaşları olan əsir və girovların, o cümlədən 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilib. Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra azad olunmuş şəxslər ailələrinə qovuşacaq.

Azvision.az



Teqlər: Ermənistan   girov   əsir  





Xəbər lenti