Səudiyyə Ərəbistanı sahillərində tankerdə partlayış olub

Səudiyyə Ərəbistanı sahillərində tankerdə partlayış olub
  14 Dekabr 2020    Oxunub:1161
Səudiyyə Ərəbistanının Ciddə limanının yaxınlığında Sinqapur bayrağı ilə üzən neft tankeri partladılıb.
Azvision.az xəbər verir ki, “BV Rhine” adlı tankerin göyərtəsində olan dənizçilər təxliyə edilib. Partlayışdan sonra baş verən yanğın söndürülüb. Xam neftin dənizə axması barədə dəqiq məlumat verilməyib.

Partlayışa görə məsuliyyəti heç bir silahlı qruplaşma üzərinə götürməsə də, bəzi mənbələr bunun son vaxtlar Səudiyyə Ərəbistanının neft təsislərini hədəf alan Yəməndəki Hutsi qiyamçılarının törətdiyini bildirirlər.

Partlayışın baş verdiyi Qırmızı dənizdəki Ciddə limanında ARAMCO neft şirkətinin böyük təsisləri olduğunu nəzərə alan Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri əlavə tədbirlər görürlər.

Britaniyanın Dənizçilik Ticarəti Əməliyyatları (UKMTO) təşkilatı bu insident barədə məlumata malik olduqlarını və tankerin sahibi “Hafniya” şirkətini əvvəlcədən xəbərdar etdiklərini bildiriblər.

Azvision.az



Teqlər: SəudiyyəƏrəbistanı  





Xəbər lenti