Erməni zabit Akopyanı güllələmək istəyib

 Erməni zabit Akopyanı güllələmək istəyib
  14 Dekabr 2020    Oxunub:2394
“Zabitlərimizdən biri Anna Akopyanı bunkerdə güllələməyə cəhd edib”.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın Milli Təhlükəsizlik Partiyasının sədri Qarnik İsaqulyan deyib.

O bildirib ki, müharibə zamanı şəhid olmuş azərbaycanlı zabitin üzərindən tapılan bir xəritə ciddi suallar doğurur:

“Onun üzərindən götürülən xəritədə bütün mövqelərimiz və hərbi texnikanın yerləşdiyi yerlər barədə məlumat var idi. Bu erməni xəritəsi idi. Xəritə Azərbaycanın əlinə necə keçib? Bununla bağlı istintaqa başlamaq istədikdə, Samvel Babayan və Anna Akobyan onun qarşısını aldılar".

İsaqulyan baş nazir Nikol Paşinyanın bugünkü videomüraciətinə də münasibət bildirib. Partiya sədri qeyd edib ki, bu dəfn edilməyən ölmüş bir adamın çıxışı idi:

“O demək istəyirdi ki, mən təqaüdə çıxmayacağam. Nikol 5000-dən çox ölü üçün yas tutmaq və Yerablura doğru yürüş etmək hüququnu özündə saxlayır. Şeytanın Yerablura girməsinə icazə verilməməlidir. Bu rəqəm yalnız Paşinyan və arvadına görə yaranıb. Yol bağlanmalı və girişə icazə verilməməlidir.”

Tural Tağıyev
Azvision.az



Teqlər: Azərbaycanlı-zabit   Anna-Akopyan   Paşinyan  





Xəbər lenti