Paşinyan istefa verməyəcəyini açıqladı

 Paşinyan istefa verməyəcəyini açıqladı
  14 Dekabr 2020    Oxunub:1020
Ermənistanın baş naziri Nikol Paşinyan istefaya getməyəcəyini bildirib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə N.Paşinyan xalqa müraciətində deyib. O qeyd edib ki, xalqın iradəsi olmadan istefa verməyəcək:

"Xalqın mənə verdiyi statusu yalnız xalqın iradəsinin etibarlı nəticələri əsasında rədd edə bilərəm. Belə bir iradə olmadığı müddətcə baş nazir funksiyasını yerinə yetirməyə davam edəcəyəm".

Baş nazir, ailə üzvlərinin Ermənistanı tərk etməsi barədə mətbuatda yayılan məlumatları da təkzib edib.

Qeyd edək ki, Ermənistanın kapitulyasiyasından sonra ölkədə narazılıqlar artıb və nəinki siyasi partiyalar, din xadimləri, ümumilikdə xalqın böyük qismi baş naziri istefaya çağıran aksiyalara qoşulur.

Aytən Zəhra
Azvision.az



Teqlər: Ermənistan   Başnazir   İstefa  





Xəbər lenti