Ermənistanda 3 günlük matəm elan olunacaq

   Ermənistanda 3 günlük matəm elan olunacaq
  14 Dekabr 2020    Oxunub:1186
Ermənistanın Qarabağda verdiyi itkilərlə bağlı ölkədə üç günlük matəm elan olunacaq.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan xalqa video-müraciətində deyib.

Paşinyan bildirib ki, 19 dekabrdan ölkədə 3 günlük matəm elan olunacaq.

Baş nazir həmçinin qeyd edib ki, münaqişə tərəfləri əsirlərin dəyişdirilmə prosesinin başlanmasına yaxındır.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayel Minasyan Qarabağda azı 4750 erməni hərbçinin öldüyünü bildirmişdi. Ümumilikdə isə Ermənistanın 5 mindən çox itki verdiyi, yaralı sayının isə 10 min nəfərdən çox olduğu deyilir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan   Matəm  





Xəbər lenti