Paşinyanın oğlu telefonda mitinqi izlədi - FOTO

 Paşinyanın oğlu telefonda mitinqi izlədi -  FOTO
  14 Dekabr 2020    Oxunub:1712
Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşotun yeni görüntüləri yayılıb.
Azvision.az xəbər verir ki, “Mediaport”un əməkdaşı baş nazirin oğlunu Saryan küçəsində görüb. Jurnalist onu çəkən zaman Aşot telefonunda yüksək səslə mitinqə baxırmış.

“Baş nazirin oğlu dünən (12 dekabrda-red.) baş tutan mitinqin görüntülərinə baxırdı. Çünki Paşinyanın əleyhinə səsləndirilən şüarların səsini bir neçə metrdən eşitmək olardı. Əvvəlcə həmin anı videoya çəkmək istədik, daha sonra isə baş nazirin oğluna yaxınlaşmaq istəsək də mühafizə buna imkan vermədi” - deyə məqalədə qeyd edilir.



Tural Tağıyev
Azvision.az


Teqlər: Nikol-Paşinyan   Mitinq   Aşot  





Xəbər lenti