Güləşçimiz gümüş medal qazanıb

Güləşçimiz gümüş medal qazanıb
  14 Dekabr 2020    Oxunub:1082
Azərbaycan güləşçisi İslambek Dadov Serbiyada keçirilən fərdi dünya kuboku yarışlarında gümüş medala sahib olub.
Azvision.az xəbər verir ki, turnirdə 67 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçimiz təsnifat mərhələsində İtaliya təmsilçisini cəmi 29 saniyəyə xalçadan məyus yola salıb. Peru güləşçisini də vaxtından əvvəl üstələyən yığmamızın üzvü adını dörddəbir finala yazdırıb. Bu mərhələdə prinsipial qarşılaşmaya çıxan güləşçimiz Ermənistan təmsilçisinə qalib gələrək yarımfinala yüksəlib.

Ukraynalı həmkarına da gücünü göstərən İ.Dadov turnirin finalına vəsiqə qazanıb. Son qarşılaşma gərgin idman mübarizəsi şəraitində keçib. Rusiyalı rəqibinə minimal fərqlə yenilən güləşçimiz gümüş medal əldə edib.

Azvision.az


Teqlər: Güləş   Serbiya   Yarış   Medal  





Xəbər lenti