Rusiyada daha 450 nəfər koronavirusdan öldü

Rusiyada daha 450 nəfər koronavirusdan öldü
  14 Dekabr 2020    Oxunub:916
Rusiyada son sutka ərzində koronavirusa 27 328 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 2 681 256 nəfərə çatıb.

Rusiyada son sutkada 450 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 47 391 nəfərdir. İndiyədək 2 124 797 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Azvision.az



Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti