Qadın güləşçilərimizin rəqibləri müəyyənləşdi

Qadın güləşçilərimizin rəqibləri müəyyənləşdi
  14 Dekabr 2020    Oxunub:1474
Dekabrın 14-də Serbiyada təşkil olunan güləş üzrə fərdi dünya kuboku yarışlarında qadın güləşçilər mübarizəyə qoşulacaqlar.
Azvision.az xəbər verir ki, dekabrın 13-də bu növ üzrə bütün çəki dərəcələrində püşkatma keçirilib və idmançılarımızın ilk rəqibləri müəyyənləşib.

Belə ki, Alyona Kolesnik (57 kq) hindistanlı Anşu Anşu, Tatyana Omelçenko (62 kq) İspaniya idmançısı Lidiya Peres, Elis Manolova (65 kq) moldovalı İrina Rinqaçi ilə üz-üzə gələcək.

Azvision.az


Teqlər: Güləş  





Xəbər lenti