Dünya çempionumuz erməni güləşçiyə 9:0 hesabı ilə qalib gəldi - YENİLƏNİB

Dünya çempionumuz erməni güləşçiyə 9:0 hesabı ilə qalib gəldi -  YENİLƏNİB
  13 Dekabr 2020    Oxunub:2418
Güləş üzrə Fərdi Dünya Kuboku yarışları davam edir.
Azvision.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Eldəniz Əzizli (55 kq) təsəlliverici görüşdə Ermənistan idmançısı Rudik Mkrtçyana qalib gəlib. O, rəqibini 9:0 hesabı ilə məğlub edib. Təmsilçimiz bununla da bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb.

Dünya və Avropa çempionumuz 3-cü yer uğrunda görüşdə Balbay Dordokovla (Qırğızıstan) güləşəcək. Medal görüşünə Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

***
Serbiyanın paytaxtı Belqradda güləş üzrə fərdi dünya kuboku yarışları davam edir.

Azvision.az xəbər verir ki, turnirin ikinci günündə - dekabrın 13-də 60, 63, 82, 97 və 130 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar.

Daha 3 güləşçimiz xalça üzərinə çıxacaq. Belə ki, Nihat Məmmədli (60 kiloqram) moldovalı Viktor Çiobanu, Taleh Məmmədov (63 kiloqram) Ukrayna təmsilçisi Aleksey Masik, Beka Kandelaki (130 kiloqram) Rumıniya güləşçisi Alin Kiurariu ilə qarşılaşacaq.

Turnirin ikinci yarısında, həmçinin millimizin üzvü İslambek Dadov (67 kiloqram) qızıl medal uğrunda görüşə çıxacaq. Eldəniz Əzizli (55 kiloqram) isə təsəlliverici görüşdə gücünü sınayacaq.

Azvision.az


Teqlər: Güləş   Yarış   İdman  





Xəbər lenti