Nə üçün qadınlar daha çox üşüyür? - ELMİ CAVAB

Nə üçün qadınlar daha çox üşüyür? - ELMİ CAVAB
  11 Fevral 2014    Oxunub:5750
Alimlər bunun səbəblərini müəyyən ediblər.
Amerika alimləri, nə üçün qadınların kişilərə nisbətən daha çox üşüyən olduğunu müəyyən ediblər.

Hər iki cinsin nümayəndələrinin iştirakı ilə araşdırmalar aparan alimlər müəyyən ediblər ki, güclü cinsin nümayəndələrinin bədən temperaturu orta hesabla 36,33 dərəcə olduğu halda qadınların bədən hərarəti 36,56 –dır, yəni kişilərin hərarəti qadınlardan 0,23 dərəcə aşağıdır. Bəs onda görəsən nə üçün qadınların soyuğa davamı azdır. Məsələ burasındadır ki, qadınları əlləri ,kişilərin əllərindən soyuq olur. Qadın əli (30, 67) kişi əlinin (32,22) temperaturu arasında fərq azı 2 dərəcədir.

Alimlərin fikrincə, məhz buna görə də qadınlar kişilərə nisbətən üşüyən olurlar, baxmayaraq ki, bədənlərinin daxili temperaturu daha çoxdur. Beləliklə də “ Əlləri soyuq olanın, ürəyi isti olar” məsəli zərif cinsin nümayəndələri üçün deyilib desək yanılmarıq. Əziz qadınlar, əgər sizdən “Əllərin nə üçün soyuqdur”, deyə soruşsalar, nə cavab verəcəyinizi bilirsiniz!

S. Həsənova


Teqlər:  





Xəbər lenti