Madrid derbisini “Kral klubu” qazandı

Madrid derbisini “Kral klubu” qazandı
  13 Dekabr 2020    Oxunub:1329
Futbol üzrə İspaniya La Liqasında 12-ci turun oyunları davam edir.
Azvision.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında “Real Madrid” və “Atletiko Madrid” komandaları üz-üzə gəlib.

“Santiaqo Bernabeo” stadionunda keçirilən görüş “kral klubu”nun 2:0 hesablı qələbəsilə yekunlaşıb.

Bu oyundan sonra xal ehtiyatını 23-ə çatdıran “Real Madrid” turnir cədvəlinin 3-cü pilləsində yer alıb, "Atletiko Madrid” isə 26 xalla La Liqanın lideridir.

Azvision.az


Teqlər: Atletiko   Real   Madrid   Derbi  





Xəbər lenti