Fariz Məmmədov: "Mən sözümü rinqdə deyəcəyəm"

Fariz Məmmədov: "Mən sözümü rinqdə deyəcəyəm"
  23 Mart 2013    Oxunub:3257
Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədov bu gün növbəti döyüşünü keçirəcək.
AzVision.az xəbər verir ki, "Qəbələ" boks klubunu təmsil edən F.Məmmədovun rəqibi polşalı Mariuzs Biskupski olacaq.

Berlinin “Merkur” arenasında baş tutacaq döyüşün Bakı vaxtı ilə 00.00-da başlanması nəzərdə tutulur.

Qeyd edək ki, 36 yaşlı Mariuzs Biskupski təcrübəli boksçulardan sayılır. O, bu günə qədər peşəkar rinqdə 39 döyüş keçirib, bunlardan 19-da qalib gəlib, 20-də məğlub olub. Fariz Məmmədov isə səkkiz illik fasilədən sonra bir döyüş keçirib və qələbə qazanıb.

Qeyd edək ki, bundan əvvəl F.Məmmədovun almaniyalı Boris Berqlə qarşılaşacağı gözlənilsə də, təşkilatçılar son anda rəqibi dəyişiblər.

Döyüşdən əvvəl keçirilən mətbuat konfransında Mariuzs Biskupski deyib ki, F.Məmmədun döyüş üsulunu bəyənir: “Amma mən bu döyüşün qalibi olacağam”.

F.Məmmədov isə bildirib ki, rəqibin sözlərinə əhəmiyyət vermir: “Mən onun dedikləri haqda heç düşünmək belə istəmirəm. Həmişəki kimi sözümü rinqdə deyəcəyəm”


Teqlər:





Xəbər lenti