AFFA “Qarabağ”ı cərimələdi

AFFA “Qarabağ”ı cərimələdi
  11 Dekabr 2020    Oxunub:1586
AFFA-nın İntizam Komitəsi “Qarabağ” klubunu cərimələyib.
Azvision.az xəbər verir ki, buna Ağdam təmsilçisinin əvəzedici komandasının I Divizionun IX turunda "Keşlə-2" ilə görüşdə bəzi qayda pozuntularına yol verməsidir.

Dörd futbolçusu sarı vərəqə aldığı üçün kluba 80 manat cərimə kəsilib. Eyni məbləğdə cərimə görüşdə topdaşıyan və xərəkdaşıyan şəxslərin say tərkibinin pozulması, həmçinin diktorun oyunda iştirak etməməsi səbəbindən tətbiq olunub.

Xərəkdaşıyan şəxslərin say tərkibi MOİK – “Sumqayıt-2” matçında da pozulub. Bu səbəbdən meydan sahibləri 80 manat ziyana düşüb.

Azvision.az


Teqlər: AFFA   Qarabağ   Klub   Cərimə  





Xəbər lenti