Atletika üzrə qış dünya çempionatı təxirə salındı

Atletika üzrə qış dünya çempionatı təxirə salındı
  10 Dekabr 2020    Oxunub:1782
Çinin Nankin şəhərində keçirilməsi planlaşdırılan atletika üzrə qış dünya çempionatı təxirə salınıb.
Azvision.az xəbər verir ki, bu barədə Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (World Athletics) məlumat yayıb. Dünya çempionatının 2023-cü ilin martında təşkil edilməsi qərara alınıb.

Qeyd edək ki, turnir ikinci dəfədir təxirə salınır. Belə ki, yarışın əvvəl 2020-ci ilin martında keçirilməsi planlaşdırılsa da, 2021-ci ilə təxirə salınmışdı. Atletika üzrə qış dünya çempionatı 2004-cü ildən başlayaraq iki ildən bir keçirilir.

Azvision.az



Teqlər:





Xəbər lenti