Premyer Liqa ilə bağlı qərar açıqlandı

Premyer Liqa ilə bağlı qərar açıqlandı
  10 Dekabr 2020    Oxunub:1859
AFFA və Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Premyer Liqasında çıxış edən 8 klubun rəhbər şəxsləri, eləcə də videokonfranslarda (7 və 9 dekabr) iştirak edən baş məşqçiləri ilə fikir mübadiləsi aparılıb.
Azvision.az PFL-in saytına istinadən xəbər verir ki, hazırda klubların heyətində koronavirusa yoluxan futbolçuların olması, hazırlıq üçün müəyyən müddətin tələb olunması və digər məqamları nəzərə alan PFL Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun təqvimində aşağıdakı dəyişikliklərlə bağlı qərar qəbul edib.

Premyer Liqa
12-ci tur
20 dekabr


“Sabah” – “Neftçi”
“Keşlə” – “Səbail”
“Zirə” – “Sumqayıt”
“Qəbələ” – “Qarabağ”

Premyer Liqa
13-cü tur
24 dekabr


“Səbail” – “Qəbələ”
“Sumqayıt” – “Sabah”
“Neftçi” – “Keşlə”
“Qarabağ” – “Zirə”

Premyer Liqa
21 yanvar
14-cü tur


“Zirə” – “Qəbələ”
“Səbail” – “Neftçi”
“Sabah” – “Qarabağ
“Keşlə” – “Sumqayıt”

25 yanvar
Azərbaycan Kuboku, 1/8 final mərhələsi

“Səbail” - “Zaqatala”
“Turan Tovuz” - “Qəbələ”
“Sabah” - “Kəpəz”
“Qaradağ Lökbatan” - “Zirə”

Qeyd 1. “Qarabağ”ın 20 dekabr tarixdə “Qəbələ” ilə nəzərdə tutulan oyunu ilkin təqvimdə qeyd olunduğu kimi Qəbələdə baş tutacaq.

Qeyd 2. Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun digər oyunları Peşəkar Futbol Liqasının təsdiq olunmuş təqvimi əsasında baş tutacaq.

Qeyd 3. Mövsümdən öncə hazırlanmış Əsasnaməyə Əlavə və Tibbi Protokol mövsümün sonuna kimi qüvvədədir. Heyətində sonuncu COVID-19 testinin nəticəsi pozitiv çıxmış 7 və daha çox futbolçu yer alan klubun oyunu təxirə salınacaq. Həmin oyunçular 14 günlük təcrid müddəti başa çatdıqdan və testinin nəticəsi neqativ çıxdıqdan sonra həkimlərin rəyi ilə məşqlərə və oyunlara çıxa bilər.

Qeyd 4. Heyətində yetərli futbolçu olmadığı üçün “Vilyarreal”la səfər qarşılaşmasına gedə bilməyən “Qarabağ”ın Avropa Liqası görüşü ilə bağlı daha üst qurumlar tərəfindən keçirilmə qərarı verilsə, “Qarabağ”ın yerli təqvim oyunu ilə bağlı dəyişiklik ediləcək.

Azvision.az


Teqlər: PFL   Çempionat   Futbol  





Xəbər lenti