Rus sülhməramlıları Qarabağda 70 hektardan çox ərazini minalardan təmizləyib

Rus sülhməramlıları Qarabağda 70 hektardan çox ərazini minalardan təmizləyib
  10 Dekabr 2020    Oxunub:2049
Rusiyanın mühəndis-istehkam birləşmələri Qarabağda 70 hektardan çox ərazini və 23 km-dən çox yolu minalardan təmizləyib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 4,5 mindən çox partlayıcı zərərsizləşdirilib: "Ümumilikdə, Qarabağdakı mühəndis bölmələri 70 hektardan çox ərazini, 23 km-dən çox yolu, 157 evi və sosial obyekti minalardan təmizləyib və 4500-dən çox partlayıcı aşkar edilərək zərərsizləşdirilib”.

Müdafiə Nazirliyi son bir gündə 5 hektara yaxın ərazinin, 500 metr yolun və 24 binanın təmizləndiyini, altı partlamamış hərbi sursatın aşkar edilərək məhv edildiyini açıqlayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   Mina  





Xəbər lenti