Koronavirusa yoluxanların sayı 70 milyona çatır

Koronavirusa yoluxanların sayı 70 milyona çatır
  10 Dekabr 2020    Oxunub:1439
Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 69 milyon 239 min 671 nəfərə çatıb.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 575 min 810 nəfərdir. İndiyədək 47 milyon 994 min 611 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ötən sutka ərzində 546 703 nəfər koronavirusa yoluxub, 10 132 pasiyent dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti