Türkiyədə Yeni ildə küçəyə çıxmaq qadağan olunacaq

Türkiyədə Yeni ildə küçəyə çıxmaq qadağan olunacaq
  10 Dekabr 2020    Oxunub:1559
Türkiyədə koronavirusla mübarizə məqsədilə hökumətin qəbul etdiyi rejim qaydalarına uyğun olaraq yeni il tətilində küçəyə çıxmaq məhdudiyyəti tətbiq olunacaq.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazirin sözlərinə görə, 31 dekabr 2020-ci il və 1 yanvar 2021-ci il tarixlərində küçəyə çıxmaq məhdudiyyətindən əlavə, hökumətin həftəsonu 56 saat “evdə qalmaq” rejimi qüvvədə olduğu üçün ümumilikdə 4 gün küçəyə çıxmaq müddəti Elm Qurumunun tövsiyələrinə uyğun olaraq müəyyənləşib.

“Bu müddətin artıb-azalacağı ilə bağlı qərar infeksiyanın yayılma tempinə uyğun olaraq gələn həftə veriləcək. Amma il sonunda küçəyə çıxmaq məhdudiyyəti mütləq tətbiq olunacaq”, - deyə F.Qoca qeyd edib.

Azvision.az


Teqlər: Türkiyə   Nazir  





Xəbər lenti