MDB xarici işlər nazirləri toplanır

MDB xarici işlər nazirləri toplanır
  10 Dekabr 2020    Oxunub:1792
Sabah Özbəkistanın sədrliyi ilə videokonfrans formatında MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.
Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilovun moderatorluğu ilə keçiriləcək iclasda Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan və digər ölkələrin xarici işlər nazirləri və MDB İcraiyyə Komitəsinin sədri, icraçı katib Sergey Lebedev iştirak edəcək.

İclasda MDB çərçivəsində əldə olunan nəticələr, yeni qarşılıqlı fəaliyyət prioritetləri müzakirə olunacaq, beynəlxalq və regional problemlər ətrafında fikir mübadiləsi aparılacaq, MDB Dövlət Başçıları Şurasının növbəti yığıncağında imzalanacaq sənədlərin layihəsi müzakirə ediləcək.

Azvision.az


Teqlər: MDB   XİN   Nazir   İclas  





Xəbər lenti