MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək

MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək
  09 Dekabr 2020    Oxunub:2153
MDB Dövlət Başçıları Şurasının iclası 18 dekabrda keçiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Dekabrın 10-da isə MDB Xarici İşlər Nazirləri Şurasının videokonfrans vasitəsilə iclası olacaq.

XİN rəhbərləri koronavirus pandemiyasının nəticələrini aradan qaldırmaq üçün birgə səyləri müzakirə edəcəklər.

Eyni zamanda MDB-nin gələcək inkişafı üçün yenilənmiş Konsepsiya layihəsinə baxılması və 2021-ci il üçün nazirliklərarası məsləhətləşmələr planının qəbul edilməsi nəzərdə tutulub.

XİN Şurasının təsdiqləyəcəyi bir sıra sənədlər 18 dekabr 2020-ci il tarixində keçiriləcək MDB Dövlət Başçıları Şurasının iclasının gündəliyinə daxil ediləcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MDB  





Xəbər lenti