Paşinyan ona “get” deyənlərə cavab verdi

 Paşinyan ona “get” deyənlərə cavab verdi
  09 Dekabr 2020    Oxunub:2058
Cəmiyyətin ayrı-ayrı dairələrinin fikri insanların səsi kimi qəbul edilməməlidir.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.

“Parlaq Ermənistan” fraksiyasının katibi Gevorq Qorqisyan “Məğlubiyyətin simvoluna çevrilən hökumət başçısının getməli olduğunu niyə başa düşmürsünüz? Gedin və ölkəyə bərpa şansı verin", - deyə Paşinyana bildirib.

Baş nazir isə cavabında bəyan edib ki, xalqın adından xalq özü danışmalıdır.

“Ölkə rəhbərliyi bu fikri ifadə etmək üçün bir fürsət verməlidir və cəmiyyətin ayrı-ayrı dairələrinin fikri bütün xalqın səsi kimi qəbul edilməməlidir”, - Paşinyan əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Paşinyan  





Xəbər lenti