İrəvanda yenidən etirazlar başlayıb

 İrəvanda yenidən etirazlar başlayıb
  09 Dekabr 2020    Oxunub:1790
İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz yürüşü başlayıb.
Azvision.az xəbər verir ki, aksiyanı 16 müxalifət partiyası təşkil edib.

“Vətən” partiyasının lideri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsiyanın rəhbərlik etdiyi nümayişçilər parlamentə doğru hərəkət ediblər.

Şəhərin müxtəlif istiqamətlərindən yürüş edən digər etirazçı qruplar da parlamentin qarşısında onlara qoşulacaq.

Vanetsiyanın tərəfdarlarından biri Xaçik Qalstyan deyib ki, bu gün atəşkəs bəyanatının imzalanmasından bir ay keçir. O, hakimiyyətin xain əməlləri üzündən yüzlərlə ananın göz yaşları içində qaldığını, yüzlərlə insanın itkin düşmüş uşaqlarını axtardığını vurğulayıb. Bu vəziyyətin düzəlməsi üçün isə Paşinyan dərhal istefa verməlidir.

Qalstyan vətəndaşları aksiyaya qoşulmağa çağırıb.

İştirakçılar "Nikol, get ", "Nikol, xain" şüarları səsləndirirlər.

Bugünkü yürüşün son dayanacağı parlament binası olacaq. Artıq parlament binasının yerləşdiyi Bağramyan prospekti bloklanıb. Aksiyada ümumilikdə bir neçə min insan iştirak edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İrəvan   Aksiya   Etiraz  





Xəbər lenti