Ərdoğan və xanımı Bakıya gəldi - FOTO (YENİLƏNİB)

 Ərdoğan və xanımı Bakıya gəldi -  FOTO (YENİLƏNİB)
  09 Dekabr 2020    Oxunub:3413
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 9-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Azvision.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.







***
(17:03)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib.

Azvision.az xəbər verir ki, Prezident və xanımı Əminə Ərdoğan iki gün - 9-10 dekabr tarixlərində Azərbaycanda səfərdə olacaq.

Türkiyə lideri dekabrın 10-da Bakıda keçiriləcək Qələbə paradında iştirak edəcək.

Səfər zamanı bir sıra aktual məsələlər müzakirə olunacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ərdoğan   Səfər   Bakı  





Xəbər lenti