Ceyhun Bayramov iranlı həmkarı ilə görüşdü

Ceyhun Bayramov iranlı həmkarı ilə görüşdü
  09 Dekabr 2020    Oxunub:2099
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov İrana səfəri zamanı həmkarı Məhəmməd Cavad Zəriflə görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə "Twitter"də yazıb.

Onun sözlərinə görə, görüşdə Dağlıq Qarabağ, regional məsələlər və ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılıb.

"İran İslam Respublikası yaxın qonşuluq siyasəti çərçivəsində əldə olunmuş irəliləyişi və işğal olunmuş ərazilərin azad edilməsini alqışlayır, münaqişənin siyasi yolla dayanıqlı şəkildə həll olunmasının vacibliyini vurğulayır", - XİN sözçüsü əlavə edib.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: XİN   İran  





Xəbər lenti