Kiyev-Bakı təyyarəsi ləngidi

Kiyev-Bakı təyyarəsi ləngidi
  23 Mart 2013    Oxunub:1857
Kəskin hava şəraiti Bakıya uçan təyyarələrin hərəkət qrafikinə də təsir göstərib.
Ukraynanın paytaxtı Kiyevdə havanın kəskin pisləşməsi və güclü qar yağması təyyarə reyslərinin təxirə salınmasına və ləngiməsinə səbəb olub. Kəskin hava şəraiti Bakıya uçan təyyarələrin hərəkət qrafikinə də təsir göstərib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, «Azərbaycan Hava Yolları»nın «A320-200» reysi ilə hərəkət edən təyyarəsi qarlı və çovğunlu hava səbəbindən Kiyevdən yola düşə bilməyib. Yerli vaxtla saat 14.10-da yola düşməli və 17.15-də Bakıya çatmalı olan təyyarə hələ də Kiyevin «Borispol» hava limanındadır.





Teqlər:  





Xəbər lenti