İrəvanda bank direktorunun avtomobili partladıldı

İrəvanda bank direktorunun avtomobili partladıldı
  09 Dekabr 2020    Oxunub:1902
İrəvanda "Armeconombank"ın icraçı direktorunun avtomobili partladılıb.
Azvision.az xəbər verir ki, bu barədə “Shamshyan.com” saytı məlumat yayıb.

9 dekabr tarixində, saat 08:30 radələrində polisə İrəvanın Arabkir rayonunun Davtyan küçəsində partlayış olması barədə məlumat daxil olub. Polis naməlum şəraitdə “Lexus” markalı avtomobilin partladığını öyrənib.

İlkin məlumata görə, hadisə nəticəsində itki yoxdur.

Partlayış sürücünün avtomobili işə salıb bir neçə metr sürdüyü zaman baş verib. Avtomobilin hansı şəraitdə partladılması araşdırılır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İrəvan   Avtomobil   Bank  





Xəbər lenti