“Qarabağ” UEFA-ya müraciət edib

“Qarabağ” UEFA-ya müraciət edib
  09 Dekabr 2020    Oxunub:2673
"Qarabağ" klubu dekabrın 10-da "Vilyarreal"a qarşı İspaniyada keçirməli olduğu UEFA Avropa Liqasının VI tur matçı ilə əlaqədar UEFA-ya müraciət ünvanlayıb.
Azvision.az AFFA-nın saytına istinadən xəbər verir ki, müraciətdə Azərbaycan komandasının koronavirus testi pozitiv nəticələnmiş və zədəli futbolçularının qarşılaşmada iştirak edə bilməyəcəkləri diqqətə çatdırılıb. Bunlar A və B iştirak ərizəsində yer alan 23 futbolçudan, 2-si qapıçı olmaqla, 13 nəfərdir. Göstərilən səbəbdən dekabrın 10-da “Vilyarreal” – “Qarabağ” oyununun baş tutmayacağı bildirilib.

Məsələ ilə bağlı yekun qərarı UEFA verəcək.

Azvision.az


Teqlər: Qarabağ   Klub   Müraciət   UEFA  





Xəbər lenti