Yeni medianın problemləri müzakirə edilib

Yeni medianın problemləri müzakirə edilib
  10 Fevral 2014    Oxunub:1307
Qloballaşan Dünyaya İnteqrasiya İctiai Birliyinin sədri, AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun sosiologiya üzrə doktorantı, jurnalist İlkin Ağayev Dubayda keçirilən media və kommunikasiya məsələlərinə həsr olunmuş “International Trends and Issues Communication & Media Conference” adlı beynəlxalq konfransda “Dünya kontekstində Azərbaycanda yeni medianın sosioloji problemləri” mövzusunda çıxış edib.
İ.Ağayev AzVision.az-a bildirib ki, dünyanın bütün qitələrini təmsil edən ölkələrdən, o cümlədən, inkişaf etmiş Qərb ölkələrindən mütəxəssis və elm adamlarının qatıldığı beynəlxalq konfrans olduqca məhsuldar və maraqlı keçib. Konfransda yeni media, sosial şəbəkələr, kommunikasiya və televiziya məsələləri ilə bağlı baxışlar, problemlər elmi səviyyədə müzakirə edilib. Beynəlxalq konfrans Türkiyənin bir çox məşhur universitetləri – Anadolu, Sakarya, Selcuq, İstanbul və sair universitetləri tərəfindən təşkil olunub.




Teqlər:  





Xəbər lenti