“Allah onlara istedad versin!” –Ədəbi QALMAQAL

“Allah onlara istedad versin!” –Ədəbi QALMAQAL
  10 Fevral 2014    Oxunub:1387
“Azərbaycan” jurnalının son sayında çap edilmiş romanlar haqqında müzakirədən sonra bəzi yazarlar - Qan Turalı, Pərviz Cəbrayıl, Cəlil Cavanşir, Aqşin Yenisey, Sevinc Elsevər bundan narazı qalaraq polemikada iştirak edənləri savadsızlıqda və qeyri-obyektiv olmaqda ittiham ediblər. Polemika iştirakçıları bu ittihamlara qarşı öz fikirlərini AzVision.az-a bildiriblər:

Azərbaycan jurnalının baş redaktoru İntiqam Qasımzadə:” Bizim məqsədimiz kimisə nə məqsədli tərif, nə də təhqir etmək olmayıb. Biz Azərbaycan romanının müasir mənzərəsini, janrın inkişaf meyllərini göstərməyə çalışmışıq. Demirik ki,bu işi həll edib qurtarmışıq. Amma bir müzakirənin çərçivəsində nə etmək mümkünsə etmişik. Təşkilat mənsubiyyətindən aslı olmayaraq bütün istedadlı yazarlara hörmətimiz var. Amma sadəcəm hay-küy doğurmaqla özünü dahi hesab edənlərlə də razılaşa bilmərik. Müzakirə ətrafında gedən söhbətlərin özü də göstərir ki, müxakirənin vaxtı çatıbmış və əziyyətimiz hədər getməyib. Mətn Azərbaycan jurnalında var. İstəyən oxusun. Orada heç bir təhqir yoxdu. Bütün bu səs-küylər göstərir ki, biz məqsədimizə nail olmuşuq.

Ulduz jurnalının baş redaktoru Elçin Hüseynbəyli: ” Bizim polemika xeyli dərəcədə nəzakətli və mədəni formada aparılıb. Mən və tərəfdaşlarımız diqqətimizi çəkən əsərləri qeyd etmişik. Lakin məqsədimiz heç də konkret romanları müzakirə etmək olmayıb. Biz müasir romançılığın qarşısında duran problemləri çözmək istəmişik və öz mülahizələrimizi bildirmişik. Lakin qarşı tərəf bizim polemikadan qat-qat aşağı səviyyədə fikir bildirib, təhqir ifadələrinə yol veriblər. Təhqir və söyüş gücsüzlərin silahıdır.”

Polemikanın ideya müəllifi və aparıcısı Əsəd Cahangir isə bütün ittihamlara bir cümlə ilə cavab verib: “Allah onlara istedad versin!” Xatırladaq ki, polemikada İntiqam Qasımzadə, Elçin Hüseynbəyli,Seyran Səxavət, Əsəd Cahangir Vaqif Yusifli və Pərvin iştirak ediblər.

Emin Piri


Teqlər:





Xəbər lenti