Azərbaycan çempionatında üç oyun təxirə salınıb

Azərbaycan çempionatında üç oyun təxirə salınıb
  04 Dekabr 2020    Oxunub:2186
Azərbaycan Premyer Liqasının XII turunun 3 qarşılaşması təxirə salınıb.
Azvision.az Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, dekabrın 5-də keçirilməli olan “Sabah” – “Neftçi” və “Keşlə” – “Səbail”, eləcə də dekabrın 6-da keçirilməli olan “Zirə” – “Sumqayıt” oyunu bəzi klubların heyətində 7 və daha çox oyunçunun koronavirusa yoluxması səbəbindən baş tutmayacaq.

Görüşlərin tarixi ilə bağlı əlavə məlumat Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdiriləcək.

Qeyd edək ki, XII turun “Qəbələ” – “Qarabağ” oyunu isə dekabrın 6-sı saat 16:00-da “Azersun Arena”da baş tutacaq.

Azvision.az



Teqlər: Çempionat   Koronavirus  





Xəbər lenti