UEFA Azərbaycana qoyduğu qadağanı ləğv etdi

 UEFA Azərbaycana qoyduğu qadağanı ləğv etdi
  04 Dekabr 2020    Oxunub:2409
UEFA İcraiyyə Komitəsi İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycan və Ermənistanda beynəlxalq oyunların keçirilməsinə dair qadağanı ləğv edib.
Azvision.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması bağlandıqdan sonra ümumi şərtlər nəzərə alınaraq belə qərar qəbul edilib.

Xatırladaq ki, UEFA oktyabrın 20-də Azərbaycan və Ermənistana qadağa qoymuşdu. Qadağa müddətində Azərbaycan yığması Millətlər Liqasının iki matçını ölkə xaricində keçirib.

Azvision.az


Teqlər: UEFA  





Xəbər lenti