Suriyada daha bir azərbaycanlı öldürülüb - FOTO

Suriyada daha bir azərbaycanlı öldürülüb - FOTO
  10 Fevral 2014    Oxunub:1519
Suriyada Əsəd rejiminə qarşı vuruşan daha bir Azərbaycan vətəndaşı öldürülüb. AzVision.az-ın məlumatına görə. bu barədə “mücahidlərə” məxsus saytlar məlumat yayıb.
Bildirilib ki, Əbu Muslim Azəri adlı Azərbaycan vətəndaş bundan öncə Əfqanıstanda vuruşub, burada təcrübə keçdikdən sonra Şama gəlib. Burada isə Bəşər Əsəd rejiminə vuruşarkən öldürülüb.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra xeyli sayda Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti