Deputat jurnalistin evində qonaq olub - FOTO

Deputat jurnalistin evində qonaq olub - FOTO
  10 Fevral 2014    Oxunub:1045
Millət vəkili Aydın Mirzəzadə "Yeni Azərbaycan" qəzetinin əməkdaşı Nadir Azərinin evində qonaq olub. AzVision.az-ın məlumatına görə, bu barədə deputat özü məlumat verib:

“Nadiri 17 ildir tanıyıram, məlum oldu ki, elə Bakıya gələn ərəfədən tanış olmuşuq. Uzun müddət ailəsi ilə ailəvi yataqxanada yaşayırmış, artıq üç otaqlı geniş mənzil onu ailəsinin ixtiyarındadır.

Nadir Azəri istedadlı jurnalistdir, mətbuatda tanınan imzası var. Onu və ailəsini bir daha təbrik etdim, bir stəkan çayını içdik.

Eyni zamanda mənzilinin pəncərəsindən jurnalistlər üçün yeni tikilən binada gedən işlərə də baxdım. Artıq birinci mərtəbədə iş gedir”.

AzVision.az


Teqlər:





Xəbər lenti