Məcburi köçkünlər üçün idman kompleksi tikilib

Məcburi köçkünlər üçün idman kompleksi tikilib
  10 Fevral 2014    Oxunub:1760
Xocavəndli məcburi köçkünlər üçün inşa edilən idman kompleksi yaxın vaxtlarda istifadəyə veriləcək.
Xocavəndli məcburi köçkünlərin məskunlaşdığı Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində idman kompleksinin tikintisi başa çatıb.

Ümumi tikinti sahəsi 1676 kvadratmetr olan kompleksin inşasına ötən ilin iyul ayında başlanılıb. Sahəsi 1300 kvadratmetr olan qapalı oyun zalında voleybol, basketbol, həndbol, mini futbol, güləş və digər idman növləri üzrə məşq və yarışlar, həmçinin müxtəlif tədbirlər keçiriləcək.

Bununla yanaşı, kompleksdə inzibati otaqlar, duş kabinəsi yaradılıb.

Bina istilik və havalandırma sistemi ilə təmin olunmuş, həyətdə abadlıq işləri aparılıb.

İdman kompleksi yaxın vaxtlarda istifadəyə veriləcək.


Teqlər:  





Xəbər lenti