“San-Paolo” stadionuna Maradonanın adı veriləcək

“San-Paolo” stadionuna Maradonanın adı veriləcək
  30 Noyabr 2020    Oxunub:4163
İtaliyanın “Napoli” klubuna məxsus “San-Paolo” stadionuna Argentina yığma komandasının keçmiş hücumçusu və məşqçisi, dünya şöhrətli futbolçu Dieqo Armando Maradonanın adı veriləcək.
Azvision.az xəbər verir ki, bunu Neapolun meri Luici de Madjistris deyib/

O, arenanın klubun adının sabiq futbolçusunun xatirəsinə ehtiram əlaməti olaraq dəyişdiriləcəyini təsdiqləyib.

Qeyd edək ki, noyabrın 25-də 60 yaşında vəfat edən dünya şöhrətli futbolçu Maradona 1984-91-ci illərdə “Napoli”də oynayıb. O, bu klubla 2 çempionluq, 1 kubok, 1 Superkubok və UEFA kubokunu qazanıb.

Azvision.az


Teqlər: DieqoMaradona  





Xəbər lenti