“Qarabağ” yenidən liderliyə yüksəldi

  29 Noyabr 2020    Oxunub : 1368
“Qarabağ” yenidən liderliyə yüksəldi
Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.
Azvision.az xəbər verir ki, son ölkə çempionu "Qarabağ" klubu "ASCO Arena"da "Səbail"lə qarşılaşıb.

Görüşdə qalib müəyyənləşməyib. Komandalar 1:1 hesablı heç-heçə ediblər.

Qeyd edək ki, bu qarşılaşmadan sonra xal hesabını 19-a çatdıran Ağdam təmsilçisi yenidən liderliyə yüksəlib, "Səbail" isə 10 xalla 6-cı yerdə qərarlaşıb.

Azvision.az

Teqlər: Qarabağ   Səbail