Qarabağda voleybolun kütləviliyinə xüsusi diqqət yetiriləcək

Qarabağda voleybolun kütləviliyinə xüsusi diqqət yetiriləcək
  29 Noyabr 2020    Oxunub:2008
Azərbaycanda voleybolun daha da inkişaf etdirilməsi istiqamətində işlərə tezliklə start veriləcək.
Azərbaycan Voleybol Federasiyasından Azvision.az -a bildirilib ki, bununla bağlı qurumun prezidenti Cavid Qurbanov tapşırıq verib.

C.Qurbanov voleybolun daha da populyarlaşdırılması üçün xüsusi layihələr hazırlanmasının vacibliyini vurğulayıb. Qarabağın işğaldan azad edilmiş ərazilərində kütləviliyə xüsusi diqqət yetiriləcək.

Qeyd edək ki, hazırda Azərbaycanda COVID-19 səbəbindən karantin elan edildiyi üçün voleybol yarışları və məşqlər keçirilmir.

Azvision.az


Teqlər: Qarabağ   Voleybol  





Xəbər lenti