Sabah 10 dərəcə isti olacaq

  09 Fevral 2014    Oxunub : 527
Sabah 10 dərəcə isti olacaq
Fevralın 10-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər saatlarında bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Temperatur gecə 0-3° isti, gündüz 5-10° isti, Bakıda gecə 1-3°, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcəkdir. Bəzi yerlərdə zəif duman olacaq. Temperaturun gecə 4-9° şaxta, dağlıq ərazilərdə 13° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, KəlbəcərDaşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 3-8° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, FüzuliCəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaq. Temperaturun gecə 1-6° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, XaçmazQusar rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Temperaturun gecə 0-5° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 5-9°, yüksək dağlıq ərazilərdə 9-14° şaxta, gündüz 3° şaxtadan 2° -dək isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, SalyanNeftçala rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-10° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, LənkəranAstara rayonlarında hava gündüz əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-9° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.

Teqlər: