Tovuzda yol qəzası olub, xəsarət alanlar var

Tovuzda yol qəzası olub, xəsarət alanlar var
  08 Fevral 2014    Oxunub:1138
Tovuzda iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

AzVision.az Kəpəz TV-yə istinadən məlumat verir ki, Tovuz sakini Bayram Mövludov idarə etdiyi "VAZ 21011" markalı avtomobillə Çatax kəndindən rayon mərkəzinə gedərkən Azaflı kəndi ərazisində qəza törədib.

Qəza zamanı sürücü və onun sərnişini - 40 yaşlı Sahib Bədəlov Tovuz Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Hadisəyə ilkin səbəb kimi sürücünün sürət həddini aşması göstərilir.


Teqlər:





Xəbər lenti