Ötən günün kriminal xronikası

Ötən günün kriminal xronikası
  08 Fevral 2014    Oxunub:1044
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 59 cinayət faktı qeydə alınmış, onların da 32-si “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 28 nəfər tutulub.


Teqlər:  





Xəbər lenti