Teymur Rəcəbov Aronyana qalib gəldi

 Teymur Rəcəbov Aronyana qalib gəldi
  24 Noyabr 2020    Oxunub:5011
Şahmat üzrə "Skilling open" turnirinin növbəti görüşləri keçirilib.
Azvision.az xəbər verir ki, onlayn turnirdə azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Ermənistan şahmatçısı Levon Aronyanla qarşılaşıb. Prinsipial görüş Azərbaycan təmsilçisinin qələbəsilə başa çatıb.

Qeyd edək ki, “Skilling Open” turniri norveçli dünya çempionu Maqnus Karlsen tərəfindən təşkil olunur. Turnirin mükafat fondu 30 min dollardır. Ümumilikdə turnirdə 16 şahmatçı mübarizə aparır.

Azvision.az



Teqlər: Teymur-Rəcəbov  





Xəbər lenti