Londonda `Arşın mal alan` filmi nümayiş etdirilir

Londonda `Arşın mal alan` filmi nümayiş etdirilir
  08 Fevral 2014    Oxunub:2648
AzVision.az xəbər verir ki, Londondakı “King`s College” Universitetində fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin təşkilatçılığı, Heydər Əliyev Fondunun, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin, Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumunun (ASAIF) və Avropa Azərbaycan Cəmiyyətinin (AAC) dəstəyi ilə “Arşın mal alan” filmi nümayiş etdirilir.

Film Britaniyada fəaliyyət göstərən Azərbaycan təşkilatlarının nümayəndələri, səfirliyin əməkdaşları, ictimaiyyət nümayəndələri ilə yanaşı, müxtəlif universitetlərdən olan tələbələr arasında böyük maraq doğurub.

“Arşın mal alan” filmi ötən il Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bərpa olunmuş və rəngli variantda hazırlanıb.


Teqlər:





Xəbər lenti