Teymur Rəcəbovun bütün rəqibləri müəyyənləşdi

Teymur Rəcəbovun bütün rəqibləri müəyyənləşdi
  20 Noyabr 2020    Oxunub:2350
Azərbaycanın ən güclü şahmatçılarından olan Teymur Rəcəbovun “Skillinq Open” onlayn şahmat turnirində rəqibləri müəyyənləşib.
Azvision.az xəbər verir ki, dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı ilə baş tutacaq turnirdə M.Karlsen də daxil olmaqla, Liren Dinq (Çin), David Anton (İspaniya), Sergey Karyakin, Yan Nepomnyaşi, Pyotr Svidler (hər üçü Rusiya), Le Quanq Liem (Vyetnam), Uesli So, Hikaru Nakamura (hər ikisi ABŞ), Aniş Giri (Niderland), Yan-Kşiştof Duda (Polşa), Maksim Vaşye-Laqrav (Fransa), Alireza Firuzca (FİDE), Vidit Quyrati (Hindistan), Levon Aronyan (Ermənistan) iştirak edəcəklər.

Turnir “Champions Chess Tour” seriyasına aiddir. Turnirin mükafat fondu 1,5 milyon dollar olacaq.

Yarış noyabrın 22-də start götürəcək.

Azvision.az


Teqlər: “SkillinqOpen”  





Xəbər lenti