Avropa çempionatında daha 3 cüdoçumuz mübarizəyə başlayır

Avropa çempionatında daha 3 cüdoçumuz mübarizəyə başlayır
  20 Noyabr 2020    Oxunub:2230
Çexiyanın paytaxtı Praqada start götürən Avropa çempionatı davam edir.
Azvision.az xəbər verir ki, qitə çempionatının ikinci günündə daha 3 idmançımız mübarizəyə qoşulur. Belə ki, 73 kiloqram çəkidə Rüstəm Orucov lüksemburqlu Claudio Nunes Dos Santos, Telman Vəliyev belaruslu Vadzim Şoka, 81 kiloqram çəkidə Murad Fətiyev yerli idmançı Yaromir Musil ilə güclərini sınayacaqlar.

Qeyd edək ki, komandamız artıq ilk medalını qazanıb. Millimizin üzvü Orxan Səfərov (66 kq) uğurla çıxış edərək qızıl medala sahib olub. Bu, 29 yaşlı cüdoçumuzun ilk Avropa çempionluğudur.

Azərbaycanın ümumilikdə 14 idmançısının təmsil olunduğu Avropa çempionatı noyabrın 21-dək davam edəcək.

Azvision.az


Teqlər: Avropaçempionatı  





Xəbər lenti