Luis Hemilton yeddiqat çempion oldu

Luis Hemilton yeddiqat çempion oldu
  15 Noyabr 2020    Oxunub:1679
“Mersedes”in britaniyalı pilotu Luis Hemilton Türkiyə Qran-Prisinin yekunları üzrə Formula 1-in yeddiqat çempionu olub.
Hemilton bazar günü “İstanbul Park” trasında qalib gələrək Formula 1 pilotlarının 2020-ci il mövsümünün təsnifatında ilk pilləyə yüksəlib. O, 58 dövrəni 1 saat 42 dəqiqə 19,313 saniyəyə başa vurub. Həmin trasda ikinci yeri meksikalı Serxio Peres (“Reysinq Poynt”; +31,633 saniyə), üçüncü yeri isə almaniyalı Sebastyan Fettel (“Ferrari”; +31,960 saniyə) tutub.

Qeyd edək ki, dörd il ard-arda dünya çempionu tituluna yiyələnən Luis Hemilton titulların rekord miqdarına görə almaniyalı Mixael Şumaxerlə bərabərləşib.

Azvision.az


Teqlər: LuisHemilton  





Xəbər lenti