Bu günün hava proqnozu

  07 Fevral 2014    Oxunub : 566
Bu günün hava proqnozu
AzVision.az xəbər verir ki, fevralın 7-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumatı təqdim edir.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə saatlarında yarımadanın bəzi ərazilərində zəif qar yağacağı istisna olunmur. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

Temperaturun gecə 1-5° şaxta, gündüz 2-6° isti, Bakıda gecə 1-3° şaxta, gündüz 4-6° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq.

Temperaturun gecə 8-13°, dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Gecə və səhər yollar buz bağlayacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, KəlbəcərDaşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Temperaturun gecə 8-13° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.
Gecə və səhər yollar buz bağlayacaqdır.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, FüzuliCəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaq.

Temperaturun gecə 6-11° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Gecə və səhər yollar buz bağlayacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, XaçmazQusar rayonlarında hava əsasən yağmursuz keçəcək, arabir duman olacaqdır. Şərq küləyi 5-10 m/s.

Temperaturun gecə 5-10° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 10-15°, yüksək dağlıq ərazilərdə 18-23°, gündüz 0-5° şaxta olacağı gözlənilir.

Gecə və səhər yollar buz bağlayacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, SalyanNeftçala rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır. Şərq küləyi 5-10 m/s.
Temperaturun gecə 3-8° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.

Gecə və səhər yollar buz bağlayacaq.

Masallı, Yardımlı, Lerik, LənkəranAstara rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və səhər bəzi yerlərdə az qar yağacağı, duman olacağı gözlənilir.

Temperaturun gecə 3-8° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 7-12°, gündüz 0-5° şaxta olacağı gözlənilir.

Gecə və səhər yollar buz bağlayacaq.

Tibbi-meteoroloji proqnoz

Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında temperaturun tədricən yüksəlməsi, biometeoroloji amillərin normal sutkalıq gedişi, eyni zamanda, oksigenlə zəngin hava meteohəssas insanlar üçün əlverişlidir.

AzərTAc

Teqlər: