Sloveniya-Azərbaycan oyununun hakimləri açıqlandı

Sloveniya-Azərbaycan oyununun hakimləri açıqlandı
  10 Noyabr 2020    Oxunub:2506
Beynəlxalq yoldaşlıq oyunu çərçivəsində keçiriləcək Sloveniya–Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib.
Azvision.az xəbər verir ki, noyabrın 11-də Lyublyanada Bakı vaxtı ilə saat 23:45-də başlayacaq və CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq qarşılaşmanı Macarıstandan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Ferenc Karako olacaq. Ona həmyerliləri Peter Kobor və İstivan Albert kömək edəcəklər. Dördüncü hakim funksiyasını David Smayç yerinə yetirəcək.

Azvision.az


Teqlər: Azərbaycan   Sloveniya   Futbol  





Xəbər lenti